“Le Figaro” qəzetinin məlumatına görə, Fransa prezidenti Emmanuel Makronun Rusiya lideri Vladimir Putinlə danışıqlar aparacağını açıqlaması Brüsseldə suallar yaradıb.
Doğru.az xəbər verir ki, məqalədə vurğulanır: “Bu epizod bir daha Avropa Birliyinin xarici siyasətindəki fikir ayrılıqlarını göstərir.”
“Suddeutsche Zeitung” qəzeti isə Berlinin Makronun Putinlə telefon danışığı aparmaq zərurəti barədə sözlərinə ehtiyatla reaksiya verdiyini yazıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Putinin Makronla dialoqa hazır olduğunu bildirərək, mümkün söhbətin mühazirə sessiyası olmayacağını, hər iki tərəfin bir-birinin mövqeyini anlamağa çalışacağını qeyd edib.
DOĞRU.AZ




























