image-ads_n1karobka_mobile
image-68dfc46902e8bd32da739615-1backend

Mançesterdə terror aktı: Britaniyada bayraqlar yarıya endirildi

image-add-a-heading

Mançesterdə sinaqoq yaxınlığında baş verən ölümcül terror aktından sonra Böyük Britaniyada bayraqlar yarıya qədər endirilib.

Doğru.az xəbər verir ki, Sky News-un məlumatına görə, cümə günü səhər saatlarından etibarən İcmalar Palatası və Baş Nazirlik binası üzərində bayraqlar endirilib.

Qurbanların anım mərasimlərinin oktyabrın 3-ü Moskva vaxtı ilə saat 22:00-a qədər davam edəcəyi gözlənilir. Daha əvvəl verilən rəsmi açıqlamalara görə, hücum zamanı hücumçu da daxil olmaqla 3 nəfər həlak olub, yaralananlardan üçünün vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Terror aktına görə Böyük Britaniyanın baş naziri Key Starmer Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirakını dayandıraraq ölkəsinə qayıdıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki