Uzun fasilədən sonra Türkiyənin məşhur rok qrupu “maNga” yenidən Bakıya qayıdır.
Doğru.az xəbər verir ki, qrup “Kupon Booking” təşkilatçılığı ilə 17 yanvar 2026-cı il tarixində “Bakı Konqres Mərkəzi”ndə konsert proqramı ilə çıxış edəcək.
“maNga”nın Bakıda keçirilən əvvəlki konsertləri hər zaman böyük maraq və izdihamla yadda qalıb. Bu dəfə isə qrup paytaxt tamaşaçıları üçün daha zəngin və xüsusi proqram hazırlayıb.
Müasir rok musiqisini alternativ üslubla birləşdirən “maNga” güclü səhnə performansı və yüksək enerjisi ilə tanınır. Qrup Türkiyəni “Avroviziya 2010” mahnı müsabiqəsində “We Could Be The Same” mahnısı ilə təmsil edərək II yerə layiq görülüb.
DOĞRU.AZ





























