image-2000x150px
image-123
image-ads_atlas
image-ilon_mask_11backend

Mask ABŞ-da qeyri-qanuni miqrantların sayının çox olduğunu deyib

image-728x90px

Amerikalı iş adamı İlon Mask ABŞ-ın hazırkı rəhbərliyinin yürütdüyü miqrasiya siyasətini ağılsızlıq adlandırıb.

İş adamı müvafiq postu X sosial şəbəkəsində (keçmiş Twitter) dərc edib.

Belə ki, o, jurnalist Eşli Sent Kleyrin hesabında yazdığı yazıya münasibət bildirib. Söhbət Nyu-Yorkda City Hall yaxınlığında qeyri-qanuni miqrantların mitinqi ilə bağlı mesajdan gedir.

Etiraz aksiyasına minlərlə insan qoşulub. Yeni gələnlər ABŞ-da daimi yaşayış yeri və iş icazəsi tələbi ilə küçələrə çıxıblar.

“Özüm bir mühacir olaraq, qanuni immiqrasiyaya çox müsbət baxıram, lakin milyonlarla yoxlanılmamış insanın Birləşmiş Ştatlara girməsinə icazə vermək ağılsızlıqdır” deyə Mask yazıb.

Mənbə: CNN

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki