image-n1karobka_ads
image-123
image-2023-12-07t194233z_1897288979_rc2is4ac6yfx_rtrmadp_3_usa-court-musk-sec-pic_32ratio_900x600-900x600-11080backend

Mask geomaqnit qasırğasından şikayətlənib

image-ad_qayo_720x110px

SpaceX-in Starlink İnternet peykləri indi güclü geomaqnit qasırğası səbəbindən artan yüklə üzləşir.

Bu barədə amerikalı sahibkar İlon Mask özünün X sosial şəbəkə hesabında məlumat verib.

“Hazırda güclü günəş geomaqnit qasırğası var. Starlink peykləri ağır yük altındadır, lakin hələlik onlar bunun öhdəsindən gələ bilirlər”, – o yazıb.

Mayın 11-nə keçən gecə ABŞ Meteorologiya Xidməti 2003-cü ildən bəri ilk dəfə Yerə çatan geomaqnit qasırğasının gücünün qiymətləndirilməsini maksimum səviyyəyə qaldırıb.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki