SpaceX Rusiyanın Ukraynada Starlink peyk rabitəsini kəsmək cəhdlərinə qarşı durmağa çalışır.
Bu barədə amerikalı sahibkar İlon Mask X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
“SpaceX Rusiyanın tıxanma səylərinə qarşı çıxmaq üçün əhəmiyyətli vəsait xərcləyir. Bu ciddi problemdir”, – o yazıb.
Maskın sözlərinə görə, Rusiya Ukraynada Starlink-dən başqa istənilən rabitə sistemini boğmağa uğurla çalışır.
Mənbə: Lenta.ru