Rusiyada ticarət nişanının qeydiyyatı üçün Rospatentə müraciət edən McDonald’s Rusiya bazarına qayıtmaq niyyətində deyil.
Bu barədə SHOT Telegram kanalı şirkət nümayəndələrinə istinadən məlumat yayıb.
Onların fikrincə, əmtəə nişanının qeydiyyata alınmasında əsas məqsəd “markanın Rusiyada kənar şəxslər tərəfindən istifadəsinin qarşısını almaqdır”. Şirkət bütün dünyada, o cümlədən fəaliyyət göstərmədiyi ölkələrdə ticarət nişanlarının mülkiyyət hüququnu mütəmadi olaraq yenilədiyini bildirib.
“Biz bunu brendimizi qorumaq və üçüncü tərəf müəssisələrinin və ya fiziki şəxslərin, xüsusən də Rusiyada ticarət nişanlarımızdan öz mənfəətləri üçün istifadə etmələrinin qarşısını almaq üçün edirik”, – McDonald’s bildirib.
Bundan əvvəl məlum olub ki, McDonald’s Rusiyada özünün “McDonald’s” ticarət nişanını qeydiyyatdan keçirmək üçün Rospatentə ərizə verib.
DOĞRU.AZ