image-2000x150px
image-comp-versiya
image-4mn-1backend

Mədəniyyət/Culture” jurnalı mart-aprel nömrəsi ilə oxucuların görüşünə gəlib – FOTOLAR

image-728x90px

Nəşrin bu sayında Zəfərli Novruz əhval-ruhiyyəsi üz qabığından başlayaraq bütün səhifələrdə özünü göstərir.

Azərbaycan Prezidentinin Şuşadan – Cıdır düzündən xalqımıza bayram müraciəti ilə açılan jurnalın materialları mədəniyyət nazirinin Novruz təbriki və daha sonra nazirliyin Vətən müharibəsindən sonrakı dövrdə fəaliyyətini əks etdirən ən vacib xəbərlərlə davam edir. Nazirliyin keçirdiyi vətənpərvərlik mövzusunda müsabiqənin qalibi Akif Azalpın müəllifi olduğu “Şəhid türküsü” şeiri şəhidlərimizin müqəddəs ruhuna ehtiram kimi səslənir.

Jurnalın yeni sayında Mədəniyyət Nazirliyinin “Nizami ili”nə töhfələrindən də söz açılır. “Nizami və Nəvai” məqaləsi redaksiyanın bu ilə töhfəsidir .

“Mədəniyyətdən əbədiyyətə…” yazısı Vətən müharibəsinin şəhidi, Qobustan Uşaq incəsənət məktəbinin müəllimi Rauf Əliyevə, “Səhnədən hərb meydanına…“ isə Bakı Uşaq və Gənclər Teatrının aktyorları Qurban Əhmədov və Röyal Allahverdiyev, Akademik Opera və Balet Teatrının əməkdaşı Altun Qaracayevə həsr olunub. “İçərişəhərin şəhid Fəridi” adlı məqalədə Vətən uğrunda canından keçən igidimiz Fərid Əliyevin ömür və döyüş yolundan danışılır.

Nəşrdə həmçinin Xalq şairi Nəriman Həsənzadənin 90 illiyi münasibətilə ilə yubilyarla səmimi söhbət (“İnsanlıqda şair, şairlikdə insan”), nakam şairimiz Əli Kərimin yaradıcılığı haqqında yazı, “Rəngkarlıq” rubrikasında monumentalçı rəssam Oqtay Şıxəliyevin zəngin irsinə nəzər, “Musiqi” rubrikasında üzdəniraq qonşularımızın bizdən oğurladıqları təsniflərin tarixçəsi, “Teatr” rubrikasında professor İlham Rəhimlinin “Bitdi qürbət həsrəti” (Ağdam teatrının yurda dönüşü) və başqa maraqlı yazılar dərc olunub.

Türkiyədə yaşayan jurnalist soydaşımız İbrahim Nəbioğlunun “Düşüncələr”i, konyalı həmyerlimiz Aynur Elxan Nayir haqqında “Uzaqdakı yaxınlar” və ş. yazılar da jurnalda yer alıb. Nəşrin bu sayında da mədəni irsimizin ən vacib mövzusu Qarabağ, onun mədəni irsi, abidələri , təbiəti, turizm potensialı və möhtəşəm Zəfərimizdir.

“Elm” rubrikasında, hər zaman olduğu kimi, müxtəlif mövzularda tədqiqatlar diqqətə çatdırılır.

DOĞRU.AZ 

image-4mn-1 image-1mn-1 image-3mn-1 image-2mn-1

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki