image-2000x150px
image-123
image-ads_atlas
image-1backend

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfəri davam edir – FOTOLAR

image-728x90px

Xəbər verdiyimiz kimi Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstanda səfərdədir. Nazir səfər çərçivəsində Tbilisidə görkəmli azərbaycanlı ədib Cəlil Məmmədquluzadənin ev-muzeyini ziyarət edib, muzeyin hazırkı vəziyyəti ilə tanış olub.

Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov nazirə məlumat verərək deyib ki, muzey 1998-ci ildən fəaliyyət göstərir. Muzeyin yerləşdiyi ikimərtəbəli binada 10  ailə yaşayır.

Muzey binasının möhkəmləndirilməsi, bərpası, təmiri və bədii tərtibatına ilə bağlı müzakirələr aparılıb. Anar Kərimov muzeyin bərpası, eksponatların yenilənməsi məsələsinin diqqət mərkəzində saxlanılacağını bildirib.

Sonra nazir Anar Kərimov görkəmli dövlət xadimi, ədib və həkim Nəriman Nərimanovun Tbilisidəki ev-muzeyində olub.

Nazirə muzeyin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Anar Kərimov Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini də ziyarət edib.

Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisidəki Botanika bağında Görkəmli Azərbaycanlıların Panteonunu da ziyarət ediblər, məzarlar üzərinə gül dəstələri qoyublar.

***

Gürcüstanda səfərdə olan mədəniyyət naziri Anar Kərimov iyulun 7-də Tbilsinin mərkəzindəki Gürcüstan Dövlət Muzeyində olub.

Muzeyin baş direktoru David Lordkipanidze muzeyin tarixi, burada saxlanılan eksponatlar barədə  Azərbaycanın mədəniyyət nazirinə ətraflı məlumat verib.

Bildirilib ki, ilk dəfə 1853-ci ildə “Qafqaz Muzeyi” kimi fəaliyyət göstərən muzeydə xeyli sayda eksponat saxlanılır.

1905-ci ildə tikintisinə başlanılan müasir muzey kompleksinin tikintisi xeyli müddət müxtəlif səbəblərdən dayandırılıb.

1926-cı ildə tikintisi başa çatan Gürcüstan Milli Muzeyinin nəzdində  14 muzey və kompleks fəaliyyət göstərir.

Bu gün Akademik Simon Canaşiya adına Gürcüstan Dövlət Muzeyində Azərbaycan mədəniyyətini, incəsənətini, qədim tarixini əks etdirən eksponatlar nümayiş etdirilir.

Nazir Anar Kərimov muzeylə tanış olub, Azərbaycan və Gürcüstanın dövlət və milli muzeyləri arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinin vacibliyini qeyd edib.

Bildirib ki, birgə əməkdaşlıq sayəsində qədim Qafqaz xalqlarının mədəniyyətini, incəsənətini dünyaya çatdırmaq olar.

Görüşlərdə Azərbaycanın Gürücstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak edib.

DOĞRU.AZ 

image-4 image-2 image-3 image-3mn

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki