Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli sentyabrın 30-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində vətəndaşların müraciətlərini dinləyəcək.
Doğru.az xəbər verir ki, qəbul Naxçıvan şəhəri və Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşları əhatə edəcək.
Vətəndaşlar sentyabrın 24-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı və ya (012) 493-43-98 telefon nömrəsi vasitəsilə qəbula yazıla bilərlər.
DOĞRU.AZ