image-2000x150px
image-123
image-ads_atlas
image-cover-rbackend

Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçiriləcək

image-728x90px

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyası tərəfindən İctimai Şuraya seçkilərin 13 iyul 2021-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində səhər saat 11:00-dan 16:00-dək keçirilməsi qərara alınıb. Nəzərinizə çatdırırıq ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şura üzvlərinin sayı 9 nəfər müəyyən edilib.

İctimai Şuraya səsvermə prosesində iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutları təmsilçilərinin qeydiyyatı seçki gününə on gün qalanadək (22.06.2021-02.07.2021) davam edib.

Təqdim olunan sənədlər qiymətləndirilib və siyahıda adları göstərilən seçicilərin müraciətləri müəyyən edilmiş qaydalara uyğun olaraq qeydə alınıb:

Seçicilərin siyahısı

Hörmətli seçicilər, səsverməyə gələn zaman şəxsiyyət vəsiqənizi (yaxud şəxsiyyətinizi təsdiq edən digər sənəd) özünüzlə götürməyiniz xahiş olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki