Bu gün Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılmasının beş ili tamam olur.
Doğru.az xəbər verilir ki, 2021-ci il yanvarın 12-də Prezident fərmanı ilə yaradılan MEDİA, ölkədə medianın inkişafını dəstəkləmək, jurnalistlərin peşəkarlığını artırmaq və yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq məqsədilə fəaliyyət göstərir. Qurum beş il ərzində media subyektləri, audiovizual, çap və onlayn mediada şəffaflığın artırılması, innovasiyaların tətbiqi və peşəkar təlimlərin təşkili sahəsində mühüm işlər görüb.
Son illər MEDİA-nın təşəbbüsü ilə Azərbaycanın media qurumları ilə Avropa ölkələrinin aparıcı informasiya agentlikləri arasında əməkdaşlıq genişlənib, birgə layihələr və jurnalist mübadiləsi proqramları həyata keçirilib. Qurum həmçinin beynəlxalq tədbirlərin ölkəmizdə təşkilində fəal iştirak edir və qlobal informasiya çağırışlarına uyğun platformalar yaradır.
Beş il ərzində görülən işlər nəticəsində Azərbaycan mediası həm yerli, həm də beynəlxalq aləmdə etibarlı və peşəkar informasiya mənbəyi kimi mövqeyini gücləndirib
DOĞRU.AZ




























