image-n1karobka_ads
image-123
image-17531084434307149025_1200x630backend

MEDİA agentliyindən saxta video ilə bağlı xəbərdarlıq

image-ad_qayo_720x110px

Medianın İnkişafı Agentliyi sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı açıqlama yayıb.

Doğru.az xəbər verir ki, bəzi sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubovun adından guya Azərbaycanın Rusiyaya qarşı aqressiv siyasət yürütdüyünə dair “deep fake” texnologiyası ilə hazırlanmış, heç bir reallığı əks etdirməyən video yayılıb.

Agentliyin açıqlamasında bildirilib ki, bu saxta görüntülər bəlli dairələr tərəfindən süni intellekt vasitəsilə hazırlanaraq informasiya mühitini çirkləndirməyə və ictimai rəyi çaşdırmağa xidmət edən kobud manipulyasiya nümunəsidir.

Qurum vətəndaşları yalnız rəsmi mənbələrə istinad etməyə çağıraraq xatırladıb ki, dövlətin rəsmi mövqeyini əks etdirən məlumatlar yalnız rəsmi qurumlar, informasiya agentlikləri və peşəkar media vasitələrindən əldə olunmalıdır.

Sonda isə Azərbaycan vətəndaşları, jurnalistlər və ictimai fəallar belə hallara qarşı prinsipial mövqe sərgiləməyə, “deep fake” texnologiyası ilə hazırlanan saxta materiallara qarşı sayıq olmağa çağırılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki