image-n1karobka_ads
image-123
image-17452223955554128813_1200x630backend

MEDİA-nın səkkizinci könüllülük proqramı başlayıb – FOTO

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb.

MEDİA-dan bildirilib ki, görüşdə Əhməd İsmayılov sözügedən proqramın könüllülərə təqdim etdiyi imkanlar, Agentlik tərəfindən media sahəsinin inkişafı istiqamətində atılan addımlar haqqında danışıb. O, belə layihələrin jurnalistika ixtisasında təhsil alan və bu sahəyə marağı olan şəxslərin praktiki və nəzəri biliklərinin artırılması üçün önəmli olduğunu, həmçinin media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyalarının tətbiqinin stimullaşdırılmasına, peşəkar kadrların yetişdirilməsinə töhfə verdiyini bildirib.

Sonda Ə.İsmayılov gənclərin inkişafı istiqamətində görülən tədbirlərin, onlar arasında media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin vacibliyini vurğulayıb.

Üç ay davam edəcək “Könüllülük Proqramı”nın fəaliyyət planı haqqında müzakirələr aparılıb, könüllülərin fikirləri dinlənilib, təklifləri nəzərə alınıb və proqramın məqsədlərinə uyğun istiqamətlər müəyyən olunub.

DOĞRU.AZ

image-1745222395232895721_1200x630 image-174522239563598171_1200x630 image-17452223956292933984_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki