image-n1karobka_ads
image-123
image-c-vanheest-nfvgq9bgzx4-unsplash-pic_32ratio_900x600-900x600-31897backend

Mərkəzi Asiya ölkələrindən olan 8 nəfər ABŞ-da İslam Dövləti ilə əlaqədə olduqları üçün saxlanılıb

image-ad_qayo_720x110px

ABŞ-da “İslam Dövləti” terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 8 Tacikistan vətəndaşı saxlanılıb.

Bu barədə mənbələrə istinadən NBC kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, müttəhimlər FTB-nin üç şəhərdə – Los-Anceles, Nyu-York və Filadelfiyada keçirdiyi reydlər zamanı həbs edilib.

Qeyd olunur ki, saxlanılanların hamısı ABŞ-a Meksikadan – ölkənin cənub sərhədindən keçiblər. Onlardan ən azı ikisi 2023-cü ilin yazında ABŞ-a köçdü.

Mənbələr NBC-yə bildiriblər ki, FTB aylardır şübhəliləri izləyib. Lakin indiyədək Tacikistanın yerli sakinlərinə qarşı ittiham irəli sürülməyib və onların saxlanması immiqrasiya qanunlarının pozulması ilə əlaqələndirilib.

Mənbə: A haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki