Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən ölkə ərazisində vətəndaşlarla səyyar görüşlərin təşkili davam etdirilir.
Doğru.az xəbər verir ki, növbəti görüş 8 oktyabr tarixində Beyləqan şəhərində baş tutacaq. Bu görüş Beyləqanla yanaşı, İmişli, Saatlı və Sabirabad rayonlarında yaşayan vətəndaşları da əhatə edəcək.
Tədbir zamanı Mərkəzi Bankın nümayəndələri vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərini dinləyəcək, onların araşdırılması və cavablandırılması üçün zəruri dəstək göstərəcəklər.
Qeyd edək ki, görüşə dair müraciətləri AMB-nin 966 – Qaynar xətti və +994 55 966 19 66 “Whatsapp” nömrəsi vasitəsilə göndərmək mümkündür.
DOĞRU.AZ