image-n1karobka_ads
image-123
image-279878_zqi3xuvdccbackend

Mətanət Əliverdiyeva “Azərişıq”dan şikayətçidir

Aparıcı Mətanət Əliverdiyeva “Azərişıq” ASC-dən şikayət edib.

Axşam.az xəbər verir ki, o, “Xəzər axşamı” verilişində naqildəki problemə görə gün ərzində dəfələrlə işığın verilməsində problem yaşadığını bildirib:

“Sumqayıt İşıq İdarəsi, mən hər gün bu problemi yaşayıram. Bir gün partlayacağam. Hər gün kondisionerin, soyuducunun 40 dəfə dayanıb sonra işləməsi nə deməkdirsə, mənə bunu izah edin. Qırx dəfə hələ mən evdə olduğum müddətdir. Bütün gün işdəyəm, uşaq evdən hər dəqiqə yazır ki, dayanır, işləyir. İşıq tab gətirmir. Orada bir çürük naqil var. Hətta işıq idarəsinə dedim ki, bütün maaşımı verməyə hazıram, amma düzəldin bunu. 21-ci əsrdir, camaat kosmosa lift çəkir… Çox xahiş edirəm, sonuncu dəfə deyirəm. İstəmirəm ki, gəlib o idarədə “konsert” verim. Hər gün oraya zəng edirəm”.

Qeyd edək ki, bir müddət əvvəl aparıcı Saray qəsəbəsindəki körpüdən şikayət etmişdi. Hazırda orada təmir işləri gedir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki