İranın 12-ci çağırış parlamentinin deputatı, İranın milli təhlükəsizlik və xarici siyasət üzrə parlament komissiyasının keçmiş üzvü Əhməd Ərdəstani Tehranın nüvə silahına malik ola biləcəyini bildirib.
“Görünür, İran nüvə silahı alıb, buna görə də İsrail ərazisinə, ondan əvvəl isə İraqın Ayn əl-Əsəddəki Amerika bazasına belə inamla hava hücumu həyata keçirə bilib”, – RİA Novosti ondan sitat gətirir.
Ərdəstaninin sözlərinə görə, bir sıra siyasətçilərin ölkənin nüvə doktrinasının dəyişdirilməsinin zəruriliyi ilə bağlı dedikləri nüvə silahına nail olmaq üçün sadəcə “müqəddimədir”.
“Biz dünyaya “nüvə doktrinamızı yavaş-yavaş dəyişdiririk” demək istəyirik, lakin bunu bir daha demək və dünya ictimaiyyətini qorxutmaq istəmirik”, o əlavə edib.
Bundan əvvəl MAQATE-nin baş direktoru Rafael Qrossi bildirmişdi ki, agentliyin İranın nüvə silahı hazırladığına dair heç bir sübutu yoxdur.
Fransa prezidenti Emmanuel Makron söz verib ki, Fransa və ABŞ İrana təzyiq göstərərək “regionda sabitliyi pozmaq üçün fəaliyyətlərin dayandırılmasına” nail olacaqlar.
DOĞRU.AZ