Güc yolu ilə azad edilmiş Xocavənd Rayonunun böyük hissəsində və Xocalı rayonunun bir hissəsində ermənilər yaşaya bilməz.
“Doğru.az” xəbər verir ki, ermənilər üçün yaşaya biləcəkləri çox kiçik sahə qalır ki, bu Xankəndi şəhəri, Xocalı rayonunun (Qəsəbə) bir hissəsi və Xocavənd rayonunun çox az bir hissəsidir. Ermənilər bu ərazidə Azərbaycan vətəndaşlığını qəbul etdiyi üçün Azərbaycan dilində danışmağa məcbur ediləcək və təhsil Azərbaycan dilində aparılacaq, Azərbaycan manatı dövriyyəyə buraxılacaq, bütün şərtləri diktə edən tərəf Azərbaycan tərəfi olacaq və maddi-mənəvi mədəniyyət nümunələrimizin, eyni zamanda ictimai asayişin qorunmasına Azərbaycan polisi nəzarət edəcək və Qarabağa heç bir status verilmədiyinə görə digər rayonlarımızda olduğu kimi burada da Azərbaycan qanunları işləyəcək. Azərbaycan bütün strateji yüksəkliklərə, yollara tam nəzarət edəcək. Yalnız bu şərtlər daxilində ermənilər bu ərazilərdə qala bilər.

























