image-ads_n1karobka_mobile
image-screenshot_20250424_210411_gallerybackend

Milli Məclisin sədri Roma Papası Fransiskin dəfn mərasimində iştirak edəcək

Aprelin 25-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyanın Roma şəhərinə səfər edəcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Doğru.az-a bildirilib ki, Milli Məclisin sədri aprelin 26-da Santa Maria Maggiore bazilikasında keçiriləcək dəfn mərasimində ölkəmizi təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki