image-n1karobka_ads
image-123
image-rian_6286440-hr-pic_32ratio_900x600-900x600-14902backend

MiQ-31 Norveç Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Rusiya sərhədini pozmasının qarşısını alıb

Rusiyanın MiQ-31 qırıcı təyyarəsi Norveç Hərbi Hava Qüvvələrinin R-8A Poseydon baza patrul təyyarəsinin Barents dənizi üzərində Rusiya dövlət sərhədini pozmasının qarşısını alıb.

Bu barədə TASS Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzinə istinadən məlumat yayıb.

Mətndə deyilir ki, Rusiya Federasiyasının havadan idarəetmə vasitələri sərhədə yaxınlaşan hədəfi aşkarlayıb.

“Hava hədəfinin müəyyən edilməsi və Rusiya Federasiyasının dövlət sərhədinin pozulmasının qarşısının alınması məqsədilə Şimal Donanmasının Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus MiQ-31 qırıcısı havaya qaldırılıb”, – məlumatda deyilir.

Rus ekipajı hədəfin Norveç Hərbi Hava Qüvvələrinin R-8A Poseidon baza patrul təyyarəsi olduğunu müəyyən edib. Xarici təyyarə dövlət sərhədindən dönüb.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki