image-n1karobka_ads
image-123
image-mirzoyanbackend

Mirzoyan İrəvanla Bakı arasında sülhün bağlanmasının vacibliyini qeyd edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşündə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının vacibliyinə diqqət çəkib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan və Azərbaycan arasında sülh prosesi, o cümlədən iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin mətninin razılaşdırılmasının vacibliyi müzakirə edilib.

Mirzoyan İrəvanın ATƏT-in Minsk qrupuna münasibəti məsələsinə də toxunub.

Bundan əvvəl baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa və eyni zamanda ATƏT-in Minsk Qrupunu ləğv etməyə hazırdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki