image-ads_n1karobka_mobile
image-665f822b6a2e8665f822b6a2e91717535275665f822b6a2e6665f822b6a2e7backend

Misir, Qətər və ABŞ Qəzzada atəşkəslə bağlı müzakirələri bərpa etməyə çağırıb

Misir, Qətər və ABŞ hakimiyyəti İsrail və HƏMAS-ı avqustun 14-15-də Qəzza zolağında hərbi əməliyyatların dayandırılması ilə bağlı müzakirələri bərpa etməyə çağırıb.

Bu barədə Misir prezidenti Əbdülfəttah əs-Sisinin dəftərxanasının dərc etdiyi üç dövlətin liderlərinin birgə bəyanatında deyilir.

“Hər iki tərəf avqustun 14-də və ya 15-də Doha və ya Qahirədə müzakirələrin təcili bərpasına çağırıb”, – RİA Novosti sənəddən məlumat verir.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Binyamin Netanyahudan Qəzza zolağı ilə bağlı danışıqları müzakirə edərkən “onu boşboğazlıq etməməyi” istəyib.

Mənbə RİA Novosti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki