image-ads_n1karobka_mobile
image-69a94c616674969a94c616674a177270281769a94c616674669a94c6166748backend

MN: İranın hücum aktları cavabsız qalmayacaq

image-add-a-heading

5 mart tarixində İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Naxçıvan beynəlxalq hava limanı və digər mülki infrastruktura hücum aktları həyata keçirilib. Pilotsuz uçuş aparatlarının texniki parametrləri və hücumların təfərrüatları araşdırılır.

Doğru.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik bildirir ki, hər hansı hərbi zərurət olmadığı halda, İranın silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində mülki infrastruktura qarşı törədilən hücumlar qəti şəkildə pislənir və baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İranın üzərinə düşür.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ərazi bütövlüyünün və suverenliyin qorunması, həmçinin mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki