Hindistanın baş naziri Narendra Modi Vladimir Zelenski ilə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı fikir mübadiləsi aparmağı planlaşdırır.
Modi sosial şəbəkədəki səhifəsində yazıb ki, Zelenskinin dəvəti ilə Ukraynaya səfər edəcək.
“Biz Ukraynada davam edən münaqişənin sülh yolu ilə həlli perspektivləri ilə bağlı fikirlərimizi bölüşəcəyik”, – baş nazir bildirib.
O, həmçinin regionda sülh və sabitliyin tezliklə bərpasına ümid etdiyini bildirib.
Modinin sözlərinə görə, Ukraynaya səfər Kiyev və Yeni Dehli arasında dostluğu möhkəmləndirmək üçün fürsət olacaq.
Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin aparıcı elmi işçisi Vladimir Sotnikovun sözlərinə görə, Modi Ukraynaya səfər etdikdən sonra öz sülh təşəbbüsünü irəli sürə bilər.
Mənbə RİA Novosti