image-n1karobka_ads
image-123
image-66ab3c6402e8bd68ba16b0e1backend

Moldova Rusiya səfirliyinin bir əməkdaşını ölkədən çıxarır

image-ad_qayo_720x110px

Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin bir əməkdaşının ölkədən çıxarıldığını açıqlayıb.

Bundan əvvəl Rusiyanın səfiri Oleq Vasnetsov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

Nazirlik binasından çıxandan sonra o, jurnalistlərə bildirib ki, daha əvvəl mediada “casus qalmaqalı” ilə bağlı xəbərlər yayılmağa başlayıb və Rusiya səfirliyinin əməkdaşı, hərbi attaşe köməkçisi də bu xəbərə cəlb olunub.

“İşçi persona non-qrata elan edilib. O, müəyyən edilmiş müddət ərzində ölkəni tərk etməlidir”, – diplomat jurnalistlərə bildirib.

Vasnetsov qeyd edib ki, Kişinyovun bu qərarını şərh etmək çətindir. O vurğulayıb ki, Moldovada Rusiya ətrafında cərəyan edən vəziyyət bir çox suallar doğurur.

Səfirin çıxışının videosunu Sputnik Moldova yayıb .

Diplomat hesab edir ki, Kişinyovdakı hakimiyyətin hərəkətləri Moskva ilə ikitərəfli münasibətləri pozmağa yönəlib.

İyulun 31-də Moldova Prezidenti Maia Sandu etiraf edib ki, hökumət “geniş müzakirələrdən” sonra medianın casusluq iddiası ilə bağlı spekulyasiyaları fonunda rus diplomatları ölkədən çıxarmaq barədə qərar verə bilər.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki