image-ads_n1karobka_mobile
image-26956930_0-0-1500-94-pic_32ratio_1200x800-1200x800-92184backend

Moldovanın bölgəyə qoşun yeridəcəyi təqdirdə Qaqauziya Rusiya Federasiyasına üz tutacaq

Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul bildirib ki, Moldova Qaqauziyanın müstəqilliyini tanıyan zaman ona qoşun yeridərsə, hakimiyyət yardım üçün Rusiyaya müraciət edəcək.

“Ümid edirəm ki, bu, belə deyil. Ümid edirəm ki, səlahiyyətlilərimizin sağlam düşüncəsi var. Amma bu məsələyə gəlincə, biz bütün ölkələrlə, təbii ki, Rusiya Federasiyası ilə də əlaqə saxlayacağıq”, – deyə Qutsul bildirib.

Bundan əvvəl siyasətçi bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin ötən ay keçirdiyi görüşdə Rusiya Federasiyasının bu regionu hər zaman dəstəkləyəcəyinə inandırıb. Qutsulun sözlərinə görə, Moldova hakimiyyətinin muxtariyyətə necə “qarşı çıxmasından” asılı olmayaraq, Rusiya Qaqauziyanı iqtisadi və sosial cəhətdən dəstəkləyəcək.

Mənbə: Lenta.ru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki