image-n1karobka_ads
image-123
image-6680491902e8bd22a86ec12abackend

Moldovanın əhalisi 1953-cü il səviyyəsinə düşüb

Moldovada yaşayan əhalinin sayı 1953-cü il səviyyəsinə – 2,7 milyon nəfərə qədər azalıb.

RİA Novosti xəbər verir ki, bu barədə Viitorul İnkişaf və Sosial Təşəbbüslər İnstitutunun iqtisadi siyasət üzrə eksperti Veaceslav İonita məlumat verib .

Ekspert xatırladıb ki, 1991-ci ildə respublikada 4,3 milyon insan yaşayırdı.

“Bizdə gənclərin miqrasiyası artıb… Ölkədə ən böyük qrup 60 yaşdan yuxarı insanlardır”, – İonita qeyd edib.

Bundan əvvəl Aİ Moldova ilə assosiasiyaya üzvlüklə bağlı danışıqlara başlayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki