image-n1karobka_ads
image-123
image-teyyare-741x403backend

Moskvadan İstanbula uçan təyyarə Varşavada plansız yerə enib

image-ad_qayo_720x110px

Türkiyə aviaşirkətinin Moskva-İstanbul reysini həyata keçirən Airbus A320 təyyarəsi Varşavada plansız yerə enib.

Bu barədə “İnterfaks” yazır.

Bundan əlavə, təyyarənin Moskvanın Vnukovo hava limanından beş saata yaxın gecikmə ilə havaya qalxdığı qeyd edilir.

Planlaşdırılmamış enişin səbəbləri barədə hələ ki, məlumat yoxdur.

Bir neçə gün əvvəl Hindistan aviaşirkətinin təyyarəsi bomba xəbəri ilə əlaqədar Türkiyəyə məcburi eniş edib.

Həmçinin göyərtəsində 11 nəfər olan An-2 mühərrikində nasazlıq səbəbindən Yakutiyaya eniş etmək məcburiyyətində qalıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki