image-ads_n1karobka_mobile
image-19460_mnrm6dyzb2backend

Müdafiə naziri Prezidentin göstərişi ilə hərbi hissədə olub – FOTOLAR

image-add-a-heading

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissədə olub.

Doğru.az xəbər verir ki, müdafiə naziri bölmələrdə aparılan işlərlə tanış olaraq hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb. General-polkovnik Z.Həsənov şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri hərbi qulluqçularla birgə nahar süfrəsi arxasında söhbət aparıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki