image-n1karobka_ads
image-123
image-6811e5a3ae5ac941c473ef01backend

Müğənni Vera Brejnevanın “Asiya Konsertləri” Uğursuzluq Riski

Ukraynalı müğənni Vera Brejneva Qazaxıstan və Özbəkistandakı konsertlərini sata bilmədi – onun çıxışlarına biletlər yalnız qismən satıldı.

Bu barədə SHOT Telegram kanalı yazır.

“Vera Brejneva MDB ölkələrinə qastrol səfəri çərçivəsində Qazaxıstan və Özbəkistandakı zalların təxminən yarısını doldurdu. Onun “Asiya konsertləri” uğursuzluqla bitmək riski daşıyır”, – deyə məlumatda bildirilir.

Telekanalın məlumatına görə, 2022-ci ildə İtaliyaya köçən və Ukraynaya açıq dəstək verən ukraynalı müğənni Vera Brejnevanın MDB ölkələrində verdiyi konsertlərə tələbat az olub.

Onun qastrol səfərində olduğu Qazaxıstan və Özbəkistanda biletlərin yalnız yarısı satılıb. Belə ki, aprelin 30-da Almatıda keçirilməsi planlaşdırılan konsert üçün 2567 biletdən cəmi 1283-ü, mayın 1-də Daşkənddə 1890 biletdən 1033-ü satılıb, məqalədə deyilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki