image-n1karobka_ads
image-123
image-686d01a402e8bd24e330afe0backend

Müxalifət kilsəyə hücumlara görə Paşinyana qarşı cinayət işi tələb edir

Ermənistanda müxalif “Ayakve” hərəkatı Baş nazir Nikol Paşinyana qarşı cinayət işinin açılmasını tələb edib.

Doğru.az xəbər verir ki, hərəkatın lideri Avetik Çalabyan RİA Novosti-yə bildirib ki, mayın 29-dan etibarən Paşinyan və onun tərəfdaşları erməni apostol kilsəsinə qarşı nəşrlər, çıxışlar və müraciətlər formasında hücumlar təşkil edir.

“Şahid olduğumuz kampaniya Ermənistan Cinayət Məcəlləsinin ən azı dörd maddəsinə uyğun gəlir. Bütün faktları sənədləşdirmişik və bu əsasla Baş Prokurorluğa cinayət işi açılması üçün rəsmi ərizə təqdim etmişik”, – deyə Çalabyan qeyd edib.

Onun sözlərinə görə, eyni ərizələr İstintaq Komitəsi və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə də göndəriləcək.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan kilsəyə qarşı aparılan kampaniyaya şəxsən rəhbərlik etmək niyyətində olduğunu açıqlamışdı. Bu bəyanat cəmiyyətdə və dini dairələrdə narahatlıqla qarşılanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki