image-2000x150px
image-123
image-ads_atlas
image-236440002-4332038486886481-7076391510306650522-nbackend

“Muzey eksponatının hekayəsini sən danış: Nizami Gəncəvi” müsabiqəsinin qalibləri müəyyənləşdi

image-728x90px

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elan etdiyi “Muzey eksponatının hekayəsini sən danış: Nizami Gəncəvi” hekayə müsabiqəsinin qalibləri müəyyənləşib.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 yanvar tarixli sərəncamına əsasən, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı keçirilən müsabiqənin qalibi “Şəhid ilə Xarıbülbülün məhəbbəti” hekayəsinin müəllifi Nərgiz Həşimova seçildi. Eyni zamanda “Bəhram şah yeddi gözəlin portretinə baxır” hekayəsinin müəllifi Aişə Səfərova ikinci və “Nakam sevginin xatirəsi” hekayəsinin müəllifi Ömər Məmmədzadə üçüncü yerə layiq görülüb.

Müsabiqə qaliblərinə mükafatların cari ilin sentyabr ayında təqdim edilməsi planlaşdırılır.

Qalibləri təbrik edirik və müsabiqə iştirakçılarının hər birinə təşəkkürümüzü bildiririk.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki