image-2000x150px
image-123
image-ads_atlas
image-1-6backend

“Muzeyi peşəkardan öyrənək” adlı layihə Gəncə şəhərində təşkil olundu

image-728x90px

Regionlarda fəaliyyət göstərən muzeylərin daha da təkmilləşdirilməsi, muzey əməkdaşlarının bilik və bacarıqlarının artırılması mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə təşkil olunan layihə çərçivəsində ilkin olaraq Gəncə şəhərində həmin region üzrə fəaliyyət göstərən muzey və Heydər Əliyev mərkəzlərinin əməkdaşlarına Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli və muzeyin fond işləri üzrə direktor müavini Aida Axundova tərəfindən 7-9 aprel tarixlərində “muzey sahəsində müasir çağırışlar”, “fond və mühafizə işi”, “dünya muzeyləri” mövzuları üzrə təlim-seminar-müzakirə keçirildi. Gəncə və Naftalan şəhərləri, Xocalı, Samux və Goranboy  rayonları üzrə Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, rəsm qalereyaları və ev muzeyləri olmaqla ümumilikdə 14 mədəniyyət müəssisəsindən 90-dək muzey əməkdaşı layihədə iştirak etmişdir.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi əsrlərlə yaşı olan muzey eksponatlarının nəsillərdən nəsillərə ötürülməsi üçün muzey işinin düzgün təşkili və eksponatların mühafizə qaydasına riayət edilməsi, həmçinin dünya muzeylərinin təcrübəsinin region muzeylərində tətbiq edilməsi ilə əlaqədar “Muzeyi peşəkardan öyrənək” adlı layihəyə start verib. Layihənin əsas məqsədi məhz regionlardakı muzeylərin və əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmaqdır.

Layihənin digər regionlar üzrə fəaliyyət göstərən muzey müəssisələrinin əməkdaşları üçün təşkili də nəzərdə tutulur.

DOĞRU.AZ 

image-2-5 image-3-5

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki