image-n1karobka_ads
image-123
image-17652018065880956576_1200x630backend

“Nafta”, “Aşqar” və “Kompozit” Elmi İstehsalat birlikləri ləğv edilib

image-ad_qayo_720x110px

Baş nazir Əli Əsədov Elm və Təhsil Nazirliyinin tabeliyindəki “Nafta”, “Aşqar” və “Kompozit” Elmi İstehsalat birliklərinin ləğv edilməsi ilə bağlı qərar imzalayıb.

Doğru.az xəbər verir ki, qərara əsasən, Elm və Təhsil Nazirliyi birliklərin ləğvi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görməli və nəticələri Nazirlər Kabinetinə təqdim etməlidir.

Həmçinin, Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası bu qərardan irəli gələn digər məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki