image-n1karobka_ads
image-123
image-aztu_637x400_mainbackend

Nar AzTU tələbələri üçün karyera inkişafı təlimi keçdi – FOTO

image-ad_qayo_720x110px

Sərfəli təklifləri ilə seçilən mobil operator Nar ölkədə peşəkar kadr hazırlığı məqsədilə növbəti layihəsini həyata keçirib. On ildən çoxdur ki, davam edən tərəfdaşlıq çərçivəsində Nar Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün karyera planlaşdırılması təlimi təşkil edib.

Təlim zamanı AzTU tələbələri ilə birgə mobil rabitə sektorunda karyera imkanları, gənc kadrlar üçün əsas tələblər və sürətlə dəyişən rəqəmsal mühitə uyğunlaşma yolları müzakirə olunub. Proqram çərçivəsində iştirakçılar tərcümeyi-hal (CV) tərtibatı, motivasiya məktublarının hazırlanması və işgüzar müsahibələr üzrə biliklər əldə ediblər. Həmçinin, Nar nümayəndələri iş mühitində effektiv ünsiyyət, nəticəyə fokuslanma, məsuliyyətli yanaşma və komanda ilə işləmək kimi peşəkar keyfiyyətlərin əhəmiyyəti barədə tələbələrlə öz təcrübələrini bölüşüblər.

İnteraktiv formatda təşkil olunan təlimdə tələbələrin telekommunikasiya sahəsinə, mobil operatorun daxili proseslərinə və təcrübə proqramlarına dair sualları cavablandırılıb. Sonda iştirakçılara təlimdə iştiraklarını təsdiq edən Nar tərəfindən sertifikatlar təqdim edilib. Təlim zamanı xüsusi fərqlənən tələbələr Nar tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıb.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında Narın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

DOĞRU.AZ

image-aztu_os_1 image-aztu_os_4 image-aztu_os_3 image-aztu_os_2 image-aztu_1274x800_main

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki