Şimali Atlantika Alyansı Rusiyaya qarşı yeni strategiya hazırlamağa başlayır. Bu bəyanatla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen çıxış edib.
Onun sözlərinə görə, ABŞ Senatının Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı bildirib ki, bu strategiya “gələn aylarda” hazırlanacaq.
“Və bu, bütün müttəfiqləri Rusiya ilə gələcək qarşılıqlı fəaliyyətdə birləşdirəcək”, – TASS O’Brayendən sitat gətirir.
Daha əvvəl bildirilmişdi ki, Rusiya Müdafiə Nazirliyinin rəhbəri Andrey Belousov Pentaqonun rəhbəri Lloyd Ostinə mümkün nəzarətsiz eskalasiya barədə xəbərdarlıq edib.
DOĞRU.AZ