Doğru.az xəbər verir ki, NATO üzvü olan ölkələrin liderləri bu gün NATO-nun qərargahında, ciddi təhlükəsizlik tədbirləri və koronavirus epidemiyasına qarşı görülən tədbirlər planına uyğun olaraq bir araya gəlir.
NATO Belçikanın paytaxtı Brüsseldəki qərargahında, sıx bir gündəmlə görüşəcək 30 müttəfiq ölkənin dövlət və hökumət başçıları ev sahibliyi edir. NATO Sammitinin əsas mövzuları arasında İttifaqın yaxın 10 il üçün yol xəritəsinə dair qərarlar, NATO-nun strateji konsepsiyası, Rusiya, Çinin yüksəlişi, iqlim dəyişikliyinin təhlükəsizliyə təsiri, kiber təhdidlər və.s problemlərin həlli çatmasına istiqamətlənir.
COVID-19 epidemiyası üçün alınan tədbirlər, zirvə toplantısı üçün NATO qərargahında da sərtləşdirildi. Zirvəyə və bu çərçivədəki görüşlərə qatılacaq heyət üzvlərindən PCR testlərinin aparılması istənilir. NATO-nun mənzil-qərargahındakı işçilər də həftələr əvvəl peyvənd olunublar. Peyvəndlər üzv ölkələrdən Polşa tərəfindən təmin edilmişdir. Polşadan peyvənd üçün gələn onlarla səhiyyə işçisi, mart ayından bəri NATO qərargahında çalışan təxminən 3500 nəfərə peyvənd vurlub.
NATO Sammitini dünyanın bir çox ölkəsindən təxminən 600 jurnalist izləyir. Əvvəlki zirvələrdə bu rəqəm daha çox olsa da, bu dəfə epidemiya tədbirləri çərçivəsində akkreditə olunmuş jurnalistlərin sayı məhdudlaşdırıldı.
Qərargah binasının arxasında media üzvlərinin çalışması üçün bir sahə ayrılıb. Qurulan böyük media mərkəzində sosial məsafəyə diqqət yetirilərək iş sahələri hazırlandı. Jurnalistlərdən zirvədən ən gec 4 gün əvvəl mənfi bir PCR test nəticəsi vermələri istəndi.
Bunu təqdim etməyənlərin akkreditasiya edilməyəcəyi bildirilir. Bundan əlavə, jurnalistlər zirvə zamanı qərargahda olarkən FFP2 maskaları taxmaları tələb edilir.
DOĞRU.AZ