Naxçıvan şəhərində baş verən dəm qazı sızması ağır faciə ilə nəticələnib.
Doğru.az xəbər verir ki, APA.az saytının yaydığı məlumata görə, hadisə şəhərin Xətai məhəlləsində qeydə alınıb.
Dəm qazı sızması nəticəsində Ordubad rayonunun Aşağı Əylis kənd sakini, 79 yaşlı Məmmədov Niftalı Məmməd oğlu dünyasını dəyişib.
Evdə olan nəvələri – 6 yaşlı Fatimə Məsimova, 8 yaşlı Hüseyn Məsimov, 9 yaşlı Məhəmməd Məsimov, 5 yaşlı Əli Məsimov və 4 yaşlı Həsən Məsimov zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Uşaqlar əvvəlcə Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinə aparılıb, daha sonra Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına köçürülüblər. Həkimlərin səylərinə baxmayaraq, 9 yaşlı Məhəmməd Məsimov xəstəxanada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
DOĞRU.AZ

























