image-2000x150px
image-123
image-ads_atlas
image-df19886a-053a-3dd6-b635-d21063489c39_850backend

Naxçıvanda Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplanır – YENİLƏNİB + FOTO/VİDEO

image-728x90px

Naxçıvan Muxtar Respublikasında Türkiyədə güclü zəlzələdən zərərçəkənlərə yardım toplanır.

İnsanlar zəlzələ bölgəsinə isti geyim, çadır, yataq, qızdırıcı avadanlıqlar və azyaşlı uşaqlar üçün lazım olan əşyalar göndərirlər.

Qeyd edək ki, Türkiyənin Naxçıvandakı Baş konsulluğu zəlzələdən zərərçəkmiş insanlara yardım məqsədi ilə muxtar respublika sakinlərinə müraciət ünvanlayıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 432 nəfər ölüb, 21 103 nəfər yaralanıb. 5 775 bina dağılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

 

11:34

Türkiyənin Naxçıvandakı Baş konsulluğu zəlzələdən zərərçəkənlərə yardımla bağlı muxtar respublika sakinlərinə müraciət edib.

Diplomatik nümayəndəlikdən bildirilib ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş insanlara muxtar respublika sakinləri də yardım edə bilərlər.

Zəlzələ bölgəsində ehtiyac olan ləvazimatlar əsasən geyim, çadır, yataq, qızdırıcı avadanlıqlar və azyaşlı uşaqlar üçün lazım olan əşyalardır.

Sözügedən ləvazimatların şəxsən və ya karqo yolu ilə Baş konsulluğa çatdırılması mümkündür.

Yardımlar Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 17 ünvanında toplanır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki