image-2000x150px
image-fotojet-2022-12-16t223120-236backend

Nazirlik dövlət sifarişi ilə çəkilən filmin az gəlir əldə etməsinə aydınlıq gətirdi

image-728x90px

Mədəniyyət Nazirliyi dövlət sifarişi ilə çəkilən filmlərdən 1905,2 manat gəlir əldə edilməsi məsələsinə aydınlıq gətirib.

Bu barədə Mədəniyyət Nazirliyinin Audiovizual və İnteraktiv Media şöbəsinin müdiri Rüfət Həsənov YARAT mərkəzində “Kino və Biznes: Körpülər” mövzusunda keçirilən müzakirədə çıxışı zamanı deyib.

Rüfət Həsənovun sözlərinə görə, bu rəqəm, əslində, böyükdür:

“Dövlət sifarişi ilə çəkilən filmlərdən 1905,2 manat qazanc əldə olunan dövr pandemiya zamanına təsadüf edir. Bu rəqəm, əslində, o dövr üçün çox böyük rəqəmdir. Çünki pandemiya zamanı kinoteatrlar qapalı idi, kinoteatrlar açılandan sonra isə cəmi iki film ekran üzü gördü. Bunlar “Daxildəki ada” və “Olimpiya” filmləri idi ki, gəlir də bu iki filmdən əldə olunub. Onu da əlavə edim ki, “Olimpiya” filmi cəmi 2 həftə nümayiş olundu”.

Şöbə müdiri tamaşaçılar tərəfindən nümayişi gözlənilən növbəti 2 film barədə ümidli olduğunu vurğulayıb:

“Hesab edirəm ki, həm “Həyat, deyəsən, gözəldir”, həm də “Mərmər soyuğu” filmləri kinoteatrlarda yaxşı nəticə göstərəcək. Lakin filmlərin öz büdcələrindən artıq qazanacağına inanmıram. Çünki təlabat yoxdur”.

Qeyd edək ki, Hesablama Palatası tərəfindən dövlət sifarişi ilə filmlərin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı aparılan yoxlama tədbirlərinin nəticələrində qeyd olunub ki, ümumilikdə çəkilmiş bütün filmlər üzrə 1905,2 manat gəlir əldə edilib.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ