image-n1karobka_ads
image-123
image-6825c9edae5ac963d32b9b19backend

Neft qiymətləri Trampın İranla mümkün nüvə sazişindən danışmasından sonra ucuzlaşıb

image-ad_qayo_720x110px

Ticarət məlumatlarına görə, ABŞ prezidenti Donald Trampın İranla mümkün nüvə razılaşmasını elan etməsindən sonra neft qiymətləri ucuzlaşır.

1prime.ru qeyd edir ki, mayın 15-də WTI markalı neftin iyun fyuçerslərinin qiyməti 3,21% ucuzlaşaraq 61,12 dollar/barelə bərabər olub.

Brent markalı neftin iyul fyuçersləri 3% ucuzlaşaraq 64,11 dollar/barel olub.

NBC News mayın 15-də bildirib ki, İran sanksiyaların yüngülləşdirilməsi müqabilində ABŞ ilə nüvə sazişi imzalamağa hazırdır.

Mayın 9-da birjada Brent markalı neftin fyuçerslərinin qiyməti 64 dollar/bareldən yuxarı qalxıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki