İsrail Məcdəl Şəmsə raket hücumunu cavabsız qoymayacaq.
Bunu İsrailin baş naziri Benyamin Netanyahu Qolan təpələrindəki yaşayış məntəqəsinə səfəri zamanı deyib.
“İsrail bunu cavabsız qoya bilməz. Cavabımız bundan sonra olacaq və sərt olacaq”, – TASS Netanyahudan sitat gətirir.
Bundan əvvəl Ağ Ev bildirib ki, Hizbullah Colan təpələrinə edilən hücuma görə məsuliyyət daşıyır.
Mənbə TASS