İsrail əsgərləri HƏMAS-la qarşıdurmanın sonuna yaxınlaşır.
TASS yazır ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Nazirliyinin Milli Təhlükəsizlik Kollecinin tələbələri ilə görüşündə deyib.
“Biz HƏMAS-ın ləğvinin başa çatmasına yaxınlaşırıq”, – deyə siyasətçi bildirib.
İsrailin baş naziri qeyd edib ki, İDF Fələstin hərəkatının qalıqlarına zərbələr endirməkdə davam edəcək.
Netanyahu daha əvvəl Amerika prezidenti Co Baydenin Qəzza planına sadiq olduğunu açıqlamışdı .
DOĞRU.AZ