İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında atəşkəslə bağlı danışıqların aparılacağı Dohaya nümayəndə heyətinin göndərilməsini təsdiqləyib.
Bu barədə onun ofisi məlumat yayıb.
“Baş nazir Benyamin Netanyahu İsrail nümayəndə heyətinin sabah Dohaya getməsini və danışıqlar üçün mandatı təsdiqləyib”, – bəyanatda deyilir.
Misir, Qətər və ABŞ hakimiyyəti bundan əvvəl İsrail və HƏMAS-ı avqustun 14-15-də Qəzza zolağında hərbi əməliyyatların dayandırılması ilə bağlı müzakirələri bərpa etməyə çağırıb.
Mənbə RT rusca