image-n1karobka_ads
image-123
image-upload-ap23285418976008-pic_32ratio_900x600-900x600-44678backend

Netanyahu və Blinken Qüdsdə bağlı qapılar arxasında görüşüb

İsrailin baş naziri Binyamin Netanyahu və ABŞ dövlət katibi Antoni Blinken Qüdsdə qapalı görüş keçirirlər.

Bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.

“Baş nazir Benyamin Netanyahu və ABŞ dövlət katibi Antoni Blinken hazırda Qüdsdə baş nazirin ofisində qapalı görüş keçirirlər”, – məlumatda deyilir.

Qeyd olunur ki, daha sonra ABŞ-ın İsraildəki səfiri Ceykob Lyu və bir sıra yüksək vəzifəli İsrail rəsmilərinin iştirak edəcəyi geniş tərkibdə iclas keçiriləcək.

Mayın 1-də İsrailin Fələstinin Həmas qrupu ilə atəşkəs və girovların dəyişdirilməsinə dair danışıqlar aparmaq üçün yaxın günlərdə Qahirəyə nümayəndə heyəti göndərməyə hazır olduğu bildirilib.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki