Norveçin Vadso şəhərinin meri Vençe Pedersen Avropa Komissiyasından bölgədə 26 saatlıq iş gününün yaradılmasına icazə istəyib.
Norveçin Şimal Dairəsindən yuxarıda yerləşən ən şimal bölgəsinin rəhbəri iddia edir ki, dəyişiklik ailə ilə keçirdikləri vaxtı artırmaq və bölgəyə yeni sakinləri cəlb etmək məqsədi daşıyır.
Pedersen ümid etdiyini bildirib ki, Avropa Komissiyası hökumətə yeni saat qurşağının yaradılmasına icazə verilməsi barədə göstəriş verəcək. O, bu təklifin xüsusilə azyaşlı uşaqları olan ailələr üçün cəlbedici ola biləcəyini vurğulayıb.
Lakin mer etiraf edib ki, bu dəyişikliyin konkret detalları və həyata keçirilməsi mexanizmi hələ işlənməyib. “Tələbimizin təmin ediləcəyinə əmin deyiləm, ona görə də bütün detalları düşünməmişik” dedi Pedersen.
Mənbə: Haberler.com