image-n1karobka_ads
image-123
image-68050f20ae5ac96d0c7b5413backend

Növbəti İran-ABŞ danışıqları Cenevrə və Omanda keçiriləcək

“The Guardian” yazır ki, İran və ABŞ arasında danışıqların növbəti iki raundu gələn həftə Cenevrədə, bir həftə sonra isə Omanda keçiriləcək.

“Növbəti rəsmi danışıqlar… Cenevrədə baş tutacaq, ardınca gələn həftəsonu Omanda yüksək səviyyəli daha bir diplomatik görüş keçiriləcək”, – nəşr bildirib.

Qeyd olunur ki, ən çətin məsələlər İranda yüksək zənginləşdirilmiş uranın ehtiyatlarının saxlanması və ya məhv edilməsi, həmçinin ABŞ-ın iqtisadi sanksiyaların ləğvi ilə bağlı razılaşmanı pozacağı təqdirdə İrana verilə biləcək xarici zəmanətlərdir.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyi aprelin 23-də ABŞ ilə ekspertlər səviyyəsində danışıqların vasitəçilərlə aparılacağını bildirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki