Hər bir xalqın, dövlətin həyatında çətin anlar mövcud olub. Bu anlar həmin dövləti yox etmək, xalqını isə əsarətdə saxlamaq həddinə qədər gəlib çıxıb. Bəzi xalqlar bu sınaqdan uğurla çıxa bilməyib. Ancaq bəzi xalqlar bu sınaqdan uğurlar çıxa bilib. Uca Tanrının köməyi ilə çox az xalqlar bu sınaqlardan üzü ağ çıxıb. Bu sınaqlardan üzü ağ çıxan xalqlara isə sınaqdan üz ağ çıxmaq üçün Tanrı onlara fitri istedada malik olan liderlər bəxş edir. 100 il əvvəl qardaş Türkiyə çətin dönəmdə olanda Tanrı Türkiyəyə Mustafa Kamal Atatürkü bəxş etdi. Bu gün güclü qardaş dövlətimiz bir zamanlar hətta əsarət altına düşmək təhlükəsində idi. Yalnız Mustafa Kamal Atatürkün sayəsində ölkə güclü dövlət müstəqil yaşayan xalq formalaşdı. Mən bir nümunəni sizlərə təqdim etdim. Belə nümunələr çoxdur.
Belə çətin tarixi sınaqlar dövlətimizin və xalqımında başına gəlmişdi. 1920-ci ildə səriştəsiz rəhbərlərinə görə müstəqilliyini itirən dövlətimiz 1993-cü ildə yenə eyni ssenari ilə iki ildən sonra parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. AXC-Müsavat iqtidarının səriştəsiz idarəçiliyi nəinki Qarabağda məğlubiyyətlərə səbəb oldu, hətta ölkəmizin bir çox hissələrini itirməyə ölkəmizin parça-parça olmasına gətirib çıxarırdı. Bir tərəfdə Bakıda ilə Prezident aparatının idarə olunmaz vəziyyətə gətirilməsi, Parlamentin səriştəsiz insalardan formalaşaraq demokratiya adı ilə “kalxoz bazarı”na çevrilməsi, Qarabağda ard-arda məğlubiyyətlər, ixtisası üzrə olmayan şəxslərin heç bir məntiq olmadan vəzifələrə təyin edilməsi ölkəni idarə olunmaz vəziyyətə gətirib çıxardmışdı. Bu azmış kimi, həmin dövrün Prezidentinin radikal millətçi çıxışları ölkəmizin parçalanmasına səbəb olurdu. Hətta bu iqtidarın rəhbəri bununla da kifayyətlənmirdi, heç bir siyasi-diplomatik savadı olmayan bu şəxs özündən qat-qat gücü dövlətlərə qarşı düzənli ordusu olmasına baxmayaraq sərt ritorikalar işlədirdi. Hadisələrə son nöqtəni isə Surət Hüseynovun üsyanı qoyacaqdı. Təssəvür edin, bir tərəfdə xarici düşmənlə müharibə, digər tərəf də isə vətəndaş müharibəsi. Bu bir başa ölkənin yox oluşuna imza atmaq idi. Bütün bunlardan dövlətimizi, xalqımızı xilas edəcək güclü bir liderə ehtiyacı var idi.
Bəli!
Tanrı bizə zatən belə bir lideri elə Sovet dönəmində bəxş etmişdi. Dünyanın ən intellektual xalqlarından olan xalqımız anlayırdır ki, onu bu zülmdən, dövlətin yox olmasından, xalqın əsarətə düşməsindən fitri siyasi zəkası ilə, təcrübəsi ilə yalnız bir şəxs bizi xilas edə bilərdir. Sözsüz ki, bu bizim Ümummilli Liderimiz Heyər Əliyev idi. Ulu öndər xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra addım problemləri həll etdi, pillə-pillə ölkəmizi yüksəklərə qaldırdı. O öncə Surət Hüseynovun üsyanını siyasi zəkası ilə sona çatdırdı. Daha sonra Ermənistanla atəşkəs, ardınca Əsrin Müqaviləsi və bununla da güclü və heç vaxt yox olmayacaq Azərbaycanın təməlləri atıldı. Məhs Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu xarici və daxili siyasəti sayəsində biz bu gün dünyada qalib xalq kimi yaşayırıq. Regionda əsas söz sahibi olan ölkəmiz keçmiş Sovet ölkələri arasında öz ərazi bütövlüyü məsələsini həll edən yeganə dövlətdir. Bu günün zəfərləri, gücü olmağımız həmin günlərdə Ulu öndərin sarsılmaz iradəsi ilə atılan təməllərin nəticəsidir.
İlqam CƏBİYEV
Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının üzvü
“Doğru.az” İnformasiya portalının rəhbəri