image-n1karobka_ads
image-123
image-6813876802e8bd39f13be576backend

Oman Xarici İşlər Nazirliyi İran-ABŞ danışıqlarının təxirə salındığını açıqlayıb

Omanın xarici işlər naziri Bədr əl-Busaidi bildirib ki, ABŞ və İran arasında mayın 3-nə planlaşdırılan danışıqların növbəti raundu logistik problemlərə görə təxirə salınacaq.

Siyasətçi X sosial şəbəkəsindəki səhifəsində yazıb : “Lojistik səbəblərə görə, mayın 3-də, şənbə gününə planlaşdırılan ABŞ-İran görüşünü təxirə salırıq”.

O, görüşün yeni tarixinin tərəflər arasında ümumi razılıq əldə edildikdən sonra açıqlanacağına aydınlıq gətirib.

Aprelin 26-da Omanda İran və ABŞ arasında nüvə proqramı üzrə danışıqların üçüncü raundu keçirilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki